İsrail Rusiya hərbi attaşesini "persona non-qrata" elan edib.
SalamNews Israilin "Haarets" qəzetinə istinadən xəbər verir ki, hadisə dörd ay əvvəl baş versə də, bu barədə yalnız indi məlum olub.
İsraildən çıxarılan rus diplomatının adı açıqlanmır. Təl-Əviv bu addımı ilə Moskvaya adekvat cavab verib və 14 may 2011-ci ildə İsrail diplomatı Vadim Leydarmanın Moskvadan qovulmasına münasibətini nümayiş etdirib. Leydarman məlumat toplamaqda və İsrail şirkətlərinin məhsullarını lobbiləşdirməkdə günahlandırılırdı.