Bəhreyndə etiraz aksiyaları zamanı öldürülmüş 15 yaşlı gəncin dəfni zamanı toqquşma baş verib.
SalamNews "Amerikanın səsi"nə istinadən xəbər verir ki, əllərində Bəhreyn bayraqları olan minlərlə insan paytaxt Manamanın cənubundakı Sitra adasında dəfn mərasiminə toplaşıblar. Polis mərasim iştirakçılarına qarşı gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.
Bildirək ki, 2011-ci il ərzində təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmalar baş verib. Tunis və Misirdəki xalq üsyanlarından ilham alan bəhreynlilər demokratik islahatların aparılmasını tələb edirlər.