Hollandiyada İslam Demokrat Partiyasının (İDP) yaradılması qərara alınıb. İDP-nin yaradıcıları partiyanın elektoratının bu ölkədə yaşayan milyona yaxın müsəlmanın təşkil edəcəyini bildiriblər. Onlar ümid edirlər ki, yaranacaq siyasi qüvvə qatı islamçılığın, eləcə də ölkənin sağçı lider, qatı antiislamçı kimi tanınan Hirta Vildersə qarşı effektli mübarizə aparacaq.
Bu ərəfədə İsraildə səfərdə olan Herta Vilders diplomatik qalmaqalla üzləşib. İsrail xarici işlər nazirinin müavini Maqali Vahaba müsəlmanlar əleyhinə mövqeyinə görə Hollandiya parlamentinin deputatıyla görüşməkdən imtina edib.
H.Valders dəfələrlə ölkəsində "Quran" ın satılmasına və yayılmasına qarşı çıxıb.