ABŞ-a məxsus iki hərbi gəmi İranın təhdidlərinə baxmayaraq Hörmüz boğazını problemsiz şəkildə keçib
Bu barədə mərkəzi qərargahı Bəhreyndə yerləşən ABŞ Hərbi-Dəniz Qüvvələrinin Bəsrə körfəzindəki 5-ci donanmasının rəsmi nümayəndəsi, kapitan Rebeka Rebariç məlumat verib. Onun sözlərinə görə, ABŞ-ın iki hərbi gəmisi Əfqanıstandakı NATO qüvvələrinə hava dəstəyi təmin etmək üçün Hörmüz boğazından keçməzdən əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Cəbəl Əli limanında müvəqqəti dayanıb.