Baş nazir Nuri əl Malikinin açıqlamalarından sonra rəsmi Ankara ilə əlaqələri korlanan İraqdan Türkiyəyə tarixi dəvət gəlib.
SalamNews-un "Sabah" istinadla verdiyi xəbərə görə, İraqda sünni və şiələr arasında gərginliyin artdığı dövrdə bu gərginliyi azaltmağı qarşısına məqsəd qoyan İraq şiələrinin dini lideri Ayətullah Əli Sistani, Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görmezi Aşura faciəsinin 40-cı günü (Ərbəin) ilə bağlı keçirilən tədbirlərə dəvət edib.
Nəcəfdə keçiriləcək və hər il 500 mindən çox şiənin qatıldığı mərasimə dəvət alan M.Görmez şiələrin dini lideri ilə birlikdə iştirakçıları salamlayacaq və çıxış edəcək.
Diyanət İşləri başçısının İmam Əli (ə) Məscidini də ziyarət etməsi gözlənilir.