İraq hazırda faciə ərəfəsindədir: ölkə dini avtokratiya qurulmağına doğru gedir, bu isə dini zəmində vətəndaş müharibəsi deməkdir.
Bu barədə 2004-2005-ci illərdə İraqın baş naziri olmaş Əyyad Allavi xəbərdar edib. Hazırda Allavi müxalifətdəki liberal-vətənpərvər «Əl-İraqiyyə» blokuna rəhbərlik edir.
Allavi hazırkı baş nazir Nuri əl-Malikini ölkədə avtoritar rejim qurmaqda günahlandırıb.
«2010-cu ildə keçirilmiş seçkilərdən sonra biz dövlət institutlarının baş nazir Nuri əl-Malikiyə tabe edilməsinin, onun rəqiblərinin qorxudulmasının, müstəqil məhkəmə sisteminin və korrupsiya ilə mübarizə üzrə dövlət orqanlarının məhv olunmasının şahidi olduq», deyə Allavi qeyd edib.