“İranın Hörmüz boğazını bağlamasına əsla icazə verilməyəcək”.

APA-nın məlumatına görə, belə bir bəyanatla ABŞ Donanmasının Bəsrə körfəzindəki 5-ci donanmasının рясми nümayəndəsi Rebeka Ribariç çıxış edib. O bildirib ki, İranın neft sanksiyaları ilə bağlı Hörmüz boğazını bağlamaq təhdidinə dözümlə yanaşılmayacaq: “Hörmüz boğazının qlobal iqtisadiyyat üçün böyük əhəmiyyəti var. Beynəlxalq boğazda hər hansı bir ölkənin nəqliyyat azadlığına əngəl törədilməsi sakit qarşılana bilməz”. Rebeka Ribariç əlavə edib ki, ABŞ Donanması dəniz nəqliyyatının sərbəst hərəkətini təmin etmək üçün hər zaman hazırdır.