“Manas” beynəlxalq hava limanındakı ABŞ hərbi bazası ölkə üçün təhlükə törətdiyi üçün bağlanmalıdır”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Qırğızıstan prezidenti Almaz Atambayev deyib. O bildirib ki, mülki hava limanında hərbi aviabaza Qırğızıstana lazım deyil: “Biz istəyirik ki, “Manas” sadəcə mülki aeroport olsun”.
A. Atambayev 2014-cü ildə ABŞ-la bağlanmış müqavilə başa çatdıqdan sonra aviabazanın bağlanacağı barədə Amerika tərəfini məlumatlandırdıqlarını söyləyib: “Amerikalılar 2014-cü ildə ya “Manas”dan çıxmalı, ya da Rusiya və ya başqa ölkələrlə birlikdə oranı mülki daşımalar mərkəzinə çevirməlidir”.
A. Atambayev bu qərarın Rusiyanı təzyiqi ilə alındığı haqda iddiaları təkzib edib.