Gələn il yanvarın 10-da Belçikada “qeyri-islam cəmiyyətində müsəlmanlar” adlı qurultay keçiriləcək.
SalamNews-un Quran Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, bu qurultay “Əl-fəth” məscidinin təşəbbüsü ilə şam namazından sonra müsəlman şəhər sakinlərinin iştirakı ilə paytaxt Brüsseldə baş tutacaq. Qurultayda ictimai məsələlər üzrə ekspert və alimlər qeyri-islami ölkələrdə yaşayan müsəlman şəhər sakinlərinin çətinlikləri ilə bağlı danışıqlar aparacaqlar.
“Əl-fəth” məscid nümayəndələri elan ediblər ki, qurultayda iştirak edən şəhər sakinləri çətinliklərinin həlli zəminində təkliflərini alimlərə deyə bilərlər. Həmçinin bu mövzular Belçikanın dövlət rəsmilərinə də çatdırılacaq