Fransa Milli Məclisinə təqdim edilən və qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini hazırlayan Əlcəzair əsilli fransalı deputat Valeriya Boyerin rəsmi internet saytı türk hakerlər tərəfindən dağıdılıb.
SalamNews "Zaman" qəzetinə istinadən xəbər verir ki, www.valerie-boyer.fr adlı internet saytı türk hakerlərinin http://www.grayhatz.co/fr.html adlı internet saytına yönləndirilir. Saytda yer alan açıqlamada, “O qədər düşüncə azadlığına hörmət edən bir ölkəniz ki...", "Erməni soyqırımı" deyilən bir şey yoxdur” deyərək, tarixi faktı dilə gətirən şəxsi həbsə atmağın yolunu açırsınız.
Həmçinin "o qədər ikiüzlü hökumətiniz var ki, bizim üzümüzə başqa, digər ölkələrə başqa cür danışırsınız. Milli Məclisiniz öncə Əlcəzairdə həyata keçirdiyi soyqırımı müzakirə etsin. Ölkəmizdə yaşayan ermənilərin sizin ölkənizdə yaşayan və diasporadan təsirlənən ermənilərdən çox fərqlidir. Siz diaspora erməniləri, dövlət arxivlərini açıb həqiqətlərlə üzləşməyəcək qədər qorxaqsınız! Siz fransalılar, səs üçün həqiqətləri heçə sayan zavallılarsınız” sözləri yazılıb.