Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan fransız mallarına fərdi və təşkilati boykotların edilməsi fonunda, Fransaya hansısa embarqo və ya ticarətdə məhdudiyyətlərin tətbiqinin müzakirə mövzusu olmadığını bildirib.
SalamNews Türkiyə mətbuatına istinadən xəbər verir ki, o deyib: “Türkiyəyə fransız sərmayəsi qoyulub. Ölkəmizə güvənmiş bütün sərmayədarlarla yanaşı, yenilərinin də başımızın üstündə yeri var. Ölkəmizə sərmayə qoyan iş adamları türkiyəliləşiblər”.
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin təşkil etdiyi toplantıya qatılmaq üçün Səudiyyə Ərəbistana gedən Z.Çağlayan söyləyib ki, gələn ildən etibarən Türkiyədə istehsal olunmayan məhsulların istehsalına başlanılacaq.