Ərəb Dövlətləri Liqasının 50 müşahidəçisi vəziyyətlə tanış olmaq üçün dekabrın 27-də Homs şəhərinə gələcək.
SalamNews-un "Reuters"ə istinadən verdiyi xəbərə görə, ƏDL-nin ilk nümayəndə heyəti qrupuna 50 müşahidəçi daxildir. Sudanlı general Mustafa Dabinin rəhbərlik etdiyi ilk qrup həmçinin, Dəməşq, Həma və İdlib vilayətlərinə səfər edəcək.
Bildirək ki, daha əvvəl ABŞ hökümət əleyhinə nümayişlərin mərkəzi olan Homs şəhərinə Suriya qoşunlarının yeni hücumunun olacağı ilə bağlı yayılmış xəbərlərdən narahat olduğunu bildirib