Türkiyənin Bingöl Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində Ortaçanak bölgəsində aşkarlanan PKK-nın ən böyük sığınacaqlarından biri məhv edilib.
SalamNews "Cihan"a istinadən xəbər verir ki, Bingöl ərazisində Zindan ləqəbli terrorçu və iranlı Şiyar ləqəbli terrorçu ələ keçirilib. Onun üzərindən 2 ədəd əl bombası, 2 ədəd tapança və s. silah-sursat götürülüb.
Tutulan terroçulardan alınan məlumatlar nəticəsində özəl çevik qüvvələri yer altında əllə qazılmış ən böyük sığınacaqlardan birini aşkarlayıblar. İçində rəhbərlik, təlim otaqları, mətbəx, ayaqyolu və 15-20 terrorçunun qalacağı 2 fərqli otaq, 1 sığınacaq və 2 anbar məhv edilib. Sığınacaqda tapılan bütün vəsaitlər Baş Prokurorluğunun təlimatı ilə hadisə yerindəcə sıradan çıxarılıb.