Nəcəfdə “İmam Hüseyn (ə)”adlı tədqiqat mərkəzi açılacaq.
SalamNews Quran Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu mərkəzin səyi nəticəsində islam təlimləri və Əhli-beyt (ə) mədəniyyət nəşriyyatı tanıdılacaq.
Seyyid Muyəssər Əl-həkim bu haqda deyib ki, Nəcəfdə “İmam Hüseyn (ə)” mərkəzinin yaradılması üçün xüsusi bir bina nəzərdə tutulub və bu mərkəz gələn aylar ərzində açılacaq. Bu elmi-tədqiqi mərkəz müxtəlif zəminlərdə elmi sualların cavablandırılmasına çalışacaq və hazırda mərkəzi bina yeni kompyuter sistemləri ilə təchiz olunub.