İndoneziyada “Virtual məscid” saytı yaradılıb.
SalamNews ICNA-a istinadən xəbər verir ki, bu barədə ölkənin müsəlman ziyalılar birliyinin başçısı İlham Əkbər Həbibi deyib. Onun sözlərinə görə, məqsəd ölkədə məscidlərin və islam mədəniyyətinin inkişafına nail olmaqdır.
“Virtual məscid”in təşkilatçılarından olan İ.Ə.Həbibi deyib: “Məscid yegana sitayiş yeri deyil. Sayt ölkədə məscidlərin sosial və ictimai həyatın rolunu artıracaq və məscidlərin fəaliyyətini təhsil mərkəzi kimi töhfə verəcək. Həmçinin saytın səifələrində din və təhsil ilə bağlı xəbərlər yayımlanacaq”.