İran prezidenti Mahmud Əhmədinejadın Yerevana birgünlük rəsmi səfəri başa çatıb.
SalamNews-un İRNA-ya istinadən verdiyi xəbərə görə, səfər zamanı iki ölkə prezidentləri regional və beynəlxalq, həmçinin, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Bundan başqa, qarşılıqlı anlaşma, tikinti və Araz çayı üzərində yerləşən elektrik stansiyasının istifadəsi, standartlaşdırma, ekologiya, və ictimai-sosial sahədə əməkdaşlıqla bağlı 5 Memorandum imzalanıb.
Bildirək ki, İran prezidenti Yerevanda qondarma erməni soyqırımına ucaldılmış "Sisinakaberq" abidəsini ziyarət etmədən Tehrana qayıdıb.