Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısını alıb.
DGK-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin Yük Şöbəsində İrandan Azərbaycana gələn Xıdırov Orxan Alim oğlunun idarə etdiyi “Kamaz” markalı 05-BC-933/50-ZA103 dövlət nömrə nişanlı yük avtomaşınına keçirilmiş gömrük baxışı zamanı maşının kabinasından, yataq yerində olan təqribi uzunluğu 83 sm, qalınlığı 6 sm, eni 32 sm olan 4 ədəd mərmər - daş plitələrin içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş 6 ədəd üzərində dördkünc yastı formalı polietilen paketlərdən, 15 ədəd dördkünc sellofanlardan və 13 ədəd kiçik bükümlərdən külli miqdarda, 19 kq 915 qram narkotik vasitə olan həşiş qətranı aşkar edilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində İskəndərov Rəşad Fitat oğlu, Bağırov Fikrət Nəriman oğlu və Rəsulov Rəsul Bayraməli oğlu Astara rayonu Şürük kəndi ərazisinə sonuncunun idarə etdiyi “BMW” markalı, 90-XD-443 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə gələrək həmin narkotik vasitələri təhvil götürmək istəyərkən Astara Gömrük İdarəsi Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda qrupun digər üzvlərinin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.