İran İslam Respublikasının kəşfiyyat və informasiya naziri (ETTELAAT) Heydər Moslihi Rusiyada baş verən iğtişaşlar və etiraz aksiyalarına münasibət bildirib.
SalamNews-un "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, Heydər Moslihi İran kəşfiyyatının sözügedən hadisələri əvvəlcədən proqnozlaşdırdığını bildirib.
"Bu gün dünyada informasiya muharibəsi gedir ve Iran Islam Respublikasının informasiya və kəşfiyyat sistemi digər ölkələrdən üstündür. Rusiyada son vaxtlar bəzi hadisələr baş verdi. Amma biz əvvəlcədən bu hadisələrin meydana gələcəyi haqda Moskvanı xəbərdar etmişdik. Bu məsələ haqda ruslara deyəndə, onlara gülməli gəlirdi. Lakin hadisələr həqiqətən baş verdikdə heyrət içindəydilər", - Heydər Moslihi deyib.