Ərəb dünyasının nüfuzlu dini liderlərindən olan Şeyx Yusif Əl Kərdavi “Fransaya qarşı olaraq, Türkiyənin yanndayıq” açıqlamasını verib.
SalamNews-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Şeyx Yusif Əl Kərdavi Qətərin ən böyük məscidi olan İmam Məhəmməd Bin Əbdülvəhab məscidindəki xütbəsinin böyük bir hissəsini Fransanın 1915-ci il hadisələri ilə bağlı erməni iddialarının rədd edilməsini cinayət hesab edən qanun layihəsinin qəbulu mövzusuna həsr edib.
“Fransanın qərarını şiddətlə qınayırıq. Bu qərar Türkiyəyə, şanlı Osmanlı tarixinə atılan iftiradır. Bununla əlaqədar olaraq rəsmi Parisi qınayır və Türkiyənin yanında olduğumuzu bildiririk”, - Şeyx Kərdavi deyib.