Yanvarın 10-da Məhərrəmlik ayı başlayır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat daxil olub.
Məlumata görə, Məhərrəmlik ayının başlaması ilə bağlı QMİ fətva verəcək. Məhərrəmlik ayı başlayandan doqquz gün sonra - yanvarın 19-da qətl sınacaq. İmamların qırxı çıxandan sonra isə səfər ayı başlayacaq. Səfər ayı martın 11-də başa çatacaq.