POPULYARXƏBƏRLƏR

Prezident Administrasiyasının sektor müdiri: “İrəvan qalası türk-müsəlman memarlıq abidəsi kimi 500 il əvvəl inşa edilib, lakin ermənilər bu qaladan bir daş belə saxlamayıblar”

“Ermənilər və bu cür vandallar anlamalıdırlar ki, kərpic və ya divar dağıtmaqla qalanı məhv etmək olmaz. Artıq informasiya əsridir. Biz sübut edirik ki, İrəvan qalası türk-müsəlman memarlıq abidəsi kimi 500 il əvvəl inşa edilib. Lakin ermənilər bu qalanı dağıdıblar. Hətta bir daş belə saxlamayıblar”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov verib.

F. Axundov bildirib ki, 1511-ci ildə Azərbaycan Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətainin əmri ilə inşa edilən qala 20-ci əsrin əvvəllərindən başlayaraq, Ermənistan hökuməti tərəfindən dağıdılıb: “Əsas məqam odur ki, qalanın mövcudluğunu və burada vandalizm aktı törədildiyini təsdiqləyən sübutlarımız var. Qalanın mövcudluğunu sübut edən şəkillər aşkar edilib. Xarici ölkələrin arxivlərindən tapılan bu şəkillər vandalizmin sübutu kimi dünyaya təqdim ediləcək”.

F. Axundov qalanın mövcudluğunu şübhə altına alan erməni alimlərinə isə tövsiyə verib: “Ermənilər bu hərəkətləri ilə özlərini gülünc yerinə qoyurlar. Mən İrəvan şəhərinin – qalasının taleyini İtaliyanın Pompey şəhərinə bənzədirəm. Lakin burada fərqlilik də mövcuddur. Pompey şəhəri 20 əsrdir öz simasını qoruyub saxlaya bilib. Pompey vulkan püskürdükdən sonra 17 əsr torpağın altında qalıb. Lakin italyanlar bu şəhəri aşkara çıxarıb. Ancaq qədim Azərbaycan şəhəri olan İrəvan isə öz simasını tamamilə dəyişib. Biz bunu sübuta yetiririk ki, bu şəhər təkamül nəticəsində simasını dəyişməyib. Xarici qonaqlar da bunu müşahidə edirlər. Onlar sual verirlər ki, nəyə görə, köhnə Bakı, Tiflis var, lakin qədim İrəvan qalası yoxdur? Mən isə deyirəm, əgər Yerevan qədim erməni şəhərdirsə, niyə görə, şəhərin qədim hissəsi yoxdur? Bu sualın isə bir cavabı var. Rusiyanın işğalının davamı olaraq Ermənistan Respublikası qurulandan sonra İrəvan şəhərini - qalasını darmadağın ediblər. Çünki İrəvan qalası ermənilərə doğma olmayan, onlara yad memarlıq abidəsi üslubunda inşa edilib. Bu memarlıq nümunələri göstərir ki, bu ərazilər ermənilərə məxsus deyil və həmin millət o ərazilərə sonradan köçmədir. Qədim şəhərin yerlə yeksan edilməsi isə vəhşilikdir”.

F. Axundov əlavə edib ki, dünyanın bütün insan yaşayan tarixi məskənlərində şəhərlər iki hissədən ibarət olub: “Şəhərlər əvvəlcə qalalardan ibarət olub, sonradan isə şəhərlər inkişaf edilib. Lakin qala bu şəhərlərin ürəyi olaraq qalıb. Ermənistandakı şəhərlərin heç birində qala mövcud deyil. Bu da ermənilərin vəhşiliyinin bir sübutudur”.



Yerləşdirilib:23 Dekabr, 2011  17:46, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com