“Bəlkə bir azərbaycanlı alim gedib Fransada mühazirə oxudu, bu zaman qondarma “erməni soyqırımı”nı tanımadığını dedi. Onda bu şəxsi tutacaqlar? Belə olacaqsa, biz də Bakıya gələn Fransa vətəndaşlarından soruşaq ki, Xocalı soyqırımını tanıyırsınızmı? Tanımırlarsa, biz də onları cərimə edək”.
APA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin iclasında I vitse-spiker Ziyafət Əsgərov deyib.
Parlamentin spikeri Oqtay Əsədov isə bildirib ki, Fransa Milli Assambleyasının bu qərarı dərin düşünülməmiş cılız siyasətdir: “Bu, Türkiyəyə qarşı yox, ilk növbədə Fransanın özünə qarşı atılmış addımdır. Erməni xalqı yazıq xalqdır. Onlar özləri özlərini idarə etmirlər, onları başqaları idarə edir. İnanmaq istərdim ki, Fransa Milli Assambleyasının bu qərarını bu ölkənin prezidenti təsdiqləməyəcək”.
O. Əsədov vurğulayıb ki, Azərbaycan dövləti, parlamenti, xalqı həmişə Türkiyənin yanındadır