“Fransa Milli Assambleyasının qərarı bizim üçün qəbul olunmazdır. Əgər onlar yüz il öncə baş verən hadisəyə münasibət bildirirlərsə, onda Xocalı soyqırımına, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün düşməsinə də münasibət bildirsinlər”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, bu qərar problem yaratmaqdan başqa bir şeyə xidmət etmir: “ATƏT-in Minsk Qrupunun Fransadan olan sabiq həmsədri Bernar Fasie regiona son səfəri zamanı Azərbaycan torpaqlarının işğalı faktını etiraf edib. Bu həqiqəti hamı dərk və etiraf etməlidir”.
E. Məmmədyarov onu da xatırladıb ki, Fransa Milli Assambleyasında bu qərarı azlıq, deputatların təxminən 10 faizi qəbul edib.