İsveçrə hökuməti Suriya prezidenti Bəşər Əsəd və bu ölkənin digər yüksək vəzifəli şəxslərinin 53 milyon dollarlıq bank hesablarını dondurub.
APA-nın məlumatına görə, İsveçrə hökuməti dondurulan pulların 53 şəxs və 12 şirkətə aid olduğunu açıqlayıb. Hesabları dondurulan şəxslər arasında Bəşər Əsəd, onun qardaşı Mahir Əsəd və daxili işlər naziri İbrahim Eşşar da var.