Fransa prezidenti uydurma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə ölkə parlamentinin qanun qəbul etməsi və Türkiyənin buna reaksiyasına münasibətini açıqlayıb.
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, N. Sarkozi həm Fransa parlamentinin, həm də Türkiyənin mövqeyinə qarşılıqlı hörmət göstərilməsini istəyib: “Mən türk dostlarımızın mövqeyinə hörmətlə yanaşıram. Türkiyə çox böyük bir ölkə və çox böyük bir mədəniyyətdir. Lakin onlar da bizim mövqeyimizə hörmətlə yanaşmalıdır”.