POPULYARXƏBƏRLƏR

Azərbaycan prezidenti İraqın xarici işlər naziri Hoşyar Zebarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev İraqın xarici işlər naziri Hoşyar Zebarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

APA-nın “AzərTAc”a istinadən yaydığı məlumata görə, nazir Hoşyar Zebari İraq prezidenti Cəlal Tələbaninin, baş nazir Nuri əl-Malikinin salamlarını dövlətimizin başçısına çatdırıb. Hoşyar Zebari beynəlxalq sülhməramlı missiyanın tərkibində Azərbaycan sülhməramlılarının İraqdakı fəaliyyətinə görə dövlət başçısına minnətdarlığını bildirib. Xalqlarımızın uzun illər yaxın dostluq əlaqələrinə və birgə mədəniyyətə malik olduğunu vurğulayan İraqın xarici işlər naziri hazırda bu əlaqələri fəal şəkildə daha da genişləndirməyin zəruriliyini qeyd edib. İraqda Azərbaycanın səfirliyinin fəaliyyət göstərməsinə ehtiyac olduğunu deyən nazir bunun əlaqələrimizin inkişaf etdirilməsi baxımından önəmini vurğulayıb.
Dövlət başçısı ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün yaxşı imkanların olduğunu bildirib. Prezident İlham Əliyev yaxın vaxtlarda İraqda Azərbaycanın səfirliyinin açılacağına əminliyini qeyd edib. Xalqlarımız arasındakı əlaqələrin həmişə səmimi dostluq münasibətlərinə əsaslandığını deyən dövlət başçısı İraqdakı əməliyyatlarda Azərbaycan sülhməramlılarının iştirakını dost İraq xalqına ölkəmizin göstərdiyi yardım kimi qiymətləndirib. Dövlət başçısı bu günlərdə İraqda törədilən terror aktları nəticəsində çoxsaylı insan tələfatından kədərləndiyini bildirib, bununla əlaqədar İraq xalqına başsağlığı çatdırmağı xahiş edib.
Ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığından məmnunluğunu bildirən prezident İlham Əliyev BMT Baş Məclisində Dağlıq Qarabağ məsələsi ilə bağlı keçirilən müzakirələrdə və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçildiyi zaman keçirilən səsvermədə İraqın ölkəmizə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Dövlət başçısı İraqın xarici işlər naziri Hoşyar Zebarinin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev İraq prezidenti Cəlal Tələbaninin, baş nazir Nuri əl-Malikinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İraqın dövlət başçısına və baş nazirinə çatdırmağı xahiş edib.



Yerləşdirilib:23 Dekabr, 2011  17:29, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com