POPULYARXƏBƏRLƏR

İlham Əliyev: “Azərbaycanda bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar”

“Azərbaycanda 2 minə yaxın məscid fəaliyyət göstərir. Təkcə son 8 il ərzində Azərbaycanda 117 məscid tikilib. Onların bir hissəsi dövlət, bir hissəsi dini icmalar, bir hissəsi isə Heydər Əliyev Fondu tərəfindən tikilmiş və təmir edilib”.

APA-nın verdiyi xəbərə görə, bunu prezident İlham Əliyev Bakıdakı Əjdərbəy məscidi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimindəki çıxışında deyib.
Azərbaycan xalqının öz dini və mənəvi ənənələrinə sadiq olan xalq olduğunu vurğulayan prezident deyib: “Biz hesab edirik ki, bu sahədə işlər daha da sürətlə aparılmalıdır. Azərbaycanda din, vicdan azadlığı tam şəkildə təmin edilib. Biz müqəddəs dinimizə - İslam dinimizə sadiq olan xalqıq. Biz İslam dəyərlərini dünyada təbliğ etməliyik. Bu məqsədlə Azərbaycan çox böyük işlər görür - həm Azərbaycan dindarları, həm Azərbaycan dövləti. Biz öz dinimizi həm təbliğ etməliyik, həm də əsassız hücumlardan qorumalıyıq”.
O qeyd edib ki, bəzi hallarda İslam dininə qarşı ədalətsiz hücumlar, islamofobiya meyilləri baş verir, bəzi kütləvi informasiya vasitələrində İslam dininə qarşı böhtan kampaniyaları aparılır. “Əlbəttə, biz bütün bu xoşagəlməz hallara dərhal reaksiya verməliyik və veririk, sübut edirik ki, İslam dini sülh dinidir, qardaşlıq dinidir, xeyirxahlıq dinidir, mərhəmət dinidir. Bizim dini bayramlarımız mərhəmət ideyalarını təcəssüm etdirir. Bizim dini ənənələrimiz ondan ibarətdir ki, kasıblara əl uzadılmalıdır, kömək göstərilməlidir. Bu, ümumbəşəri dəyərlərdir. Bu ümumbəşəri dəyərlərin hamısı İslam dinində təmsil edilir”.

Prezident deyib ki, Azərbaycan öz tərəfindən İslam həmrəyliyinin gücləndirilməsi üçün səylərini əsirgəmir. “Biz İslam Əməkdaşlığı Təşkilatına üzv olduqdan sonra bütün bu müsbət meyillərin gücləndirilməsinə töhfəmizi vermişik. İki il bundan əvvəl Bakı “İslam mədəniyyətinin paytaxtı” elan edilib. Bu, bizim üçün çox böyük şərəf, həm də çox böyük məsuliyyət idi və İslam dünyasının Azərbaycana göstərilən hörməti idi. Bu, İslam dünyasının Azərbaycanda İslam dininə olan hörmətinə verilən böyük qiymət idi. Onu da qeyd etməliyəm ki, bizim təşəbbüsümüzlə 2018-ci ildə Azərbaycanın digər qədim şəhəri - Naxçıvan “İslam mədəniyyətinin paytaxtı” elan edilib”.
Onun sözlərinə görə bu,səpkidə aparılan tədbirlər davam etdiriləcək və Azərbaycanda dini məsələlərin müzakirə edilməsi üçün müxtəlif beynəlxalq tədbirlər keçirilir. “Mən çox şadam ki, Azərbaycan bu məsələlərin müzakirəsində fəal rolunu artırır. Dünya ictimaiyyəti və dünya birliyi belə tədbirlərin Azərbaycanda keçirilməsinə də çox müsbət yanaşır”. İlham Əliyev bildirib ki, Azərbaycan bu məsələlərin həlli üçün öz təcrübəsini bölüşməyə hazırdır. Azərbaycanın təcrübəsi artıq öyrənildiyini vurğulayan prezident deyib: “Azərbaycanda bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində heç bir qarşıdurma, heç bir anlaşılmazlıq olmayıb və əminəm ki, olmayacaq. Mən tam əminəm ki, öz dininə hörmət edən insan mütləq başqa dinlərə də hörmətlə yanaşmalıdır. Dinlərarası dialoq daha da gücləndirilməlidir. Bu məsələ ilə bağlı müxtəlif fikirlər, müxtəlif yanaşmalar var”.

Prezident qeyd edib ki, Birinci Beynəlxalq Humanitar Forumunun mövzularından biri də multikulturalizm mövzusu olub. Bu mövzu Azərbaycanın təşəbbüsü ilə gündəliyə salınıb, çünki buna böyük ehtiyac var. “İndi dünyada müxtəlif yanaşmalar mövcuddur, fikirlər səslənir, bəziləri deyir ki, multikulturalizm artıq ölüb, multikulturalizmin gələcəyi yoxdur. Azərbaycanın fəaliyyəti və Azərbaycanın timsalında görülən işlər göstərir ki, multikulturalizm yaşayır. Onun ünvanlarının biri məhz Azərbaycandır və digər ünvanlar var. Multikulturalizmə alternativ yoxdur. Multikulturalizmə alternativ özünütəcriddir”.
İlham Əliyev deyib ki, Azərbaycanın istəyi dünyada müsbət meyillərin, əməkdaşlığın, dostluğun, qardaşlıq meyillərin güclənməsindən ibarətdir və burada din xadimlərinin çox böyük rolu var. Azərbaycan öz tərəfindən təşəbbüsləri bundan sonra da irəli sürəcəyik. “Azərbaycan burada yaşayan bütün xalqların doğma vətənidir. Hər bir xalqın nümayəndəsi bizim dəyərli vətəndaşımızdır. Biz bütün dinlərin nümayəndələrinə böyük hörmətlə və rəğbətlə yanaşırıq. Bu gün Azərbaycanda xristian kilsələri, katolik kilsəsi, yəhudi sinaqoqları məscidlərlə yanbayan dayanır. Bunlar Azərbaycanın reallıqlarıdır və dünya xəzinəsinə verdiyimiz töhfələrdir. Mən hesab edirəm ki, bizim təcrübəmiz hələ ki, lazımi səviyyədə öyrənilməyib. Əgər öyrəniləcəksə mən tam əminəm ki, bizdə mövcud olan vəziyyət nümunə kimi istifadə oluna bilər”. Dövlət başçısı qeyd edib ki, hər bir ölkənin uğurlu inkişafı üçün din-dövlət əlaqələri çox böyük əhəmiyyət daşıyır. Bu əlaqələr də Azərbaycanda çox yüksək səviyyədə həll olunur. Din-dövlət əlaqələrinin sağlam zəmində qurulması hər bir cəmiyyət üçün çox vacibdir. Azərbaycanda bu məsələlər yüksək səviyyədə təşkil edilib.
Prezident mərasimdə iştirak edən Şimali Qafqaz respublikalarının müftilərini salamlayaraq deyib: “Qafqazda indi əməkdaşlığın yeni mərhələsi başlayır və bu mərhələnin yaradılmasında din xadimlərinin çox böyük zəhməti vardır. Məhz bizim görüşlərimizin nəticəsi olaraq son müddət ərzində bir neçə gözəl tədbir keçirilmişdir. Biz Bakıda Qafqaz respublikalarının gənclərini bir yerə yığa bilmişik və bütün Şimali Qafqaz respublikalarının gəncləri Bakıya Qafqaz Gənclər Forumuna gəlmişlər. Bu yaxınlarda Şimali Qafqaz respublikalarının rəhbərləri bizim qonaqlarımız idi. Ondan sonra bizim böyük hökumət nümayəndə heyətimiz bütün Şimali Qafqaz respublikalarına səfər etmişdir, əlaqələr yaratmışdır. İqtisadi və investisiya sahələrində imkanlar araşdırılmışdır. Yəni, bu gün Qafqazda əməkdaşlığın yeni mərhələsi başlayır. Bu mərhələnin başlanmasında Şimali Qafqaz respublikaları və Azərbaycan xüsusi rol oynayır. Bu münasibətlər, eyni zamanda, Rusiya–Azərbaycan münasibətlərinin inkişafına çox müsbət təsir göstərir və Rusiya–Azərbaycan əlaqələrində Qafqaz mövzuları daim gündəlikdədir. Bizim ümumi fikrimiz ondan ibarətdir ki, Qafqazda sülhü birgə səylərlə daha da gücləndirməliyik, təhlükəsizliyi, əməkdaşlığı təmin etməliyik və insanların yaxşı yaşaması üçün birgə səylər göstərməliyik”.



Yerləşdirilib:23 Dekabr, 2011  09:39, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com