İraqın xarici işlər naziri Huşyar Zibarinin Azərbaycana səfəri başlayıb.
APA-nın verdiyi xəbərə görə, Huşyar Zibari Bakıda XİN-in rəhbəri Elmar Məmmədyarov, Milli Məclisin sədri Oqtay Əsədov, rabitə və informasiya texnologiyaları naziri Ali Abbasovla görüşəcək.
Prezident İlham Əliyevin İraqın xarici işlər nazirini qəbul edəcəyi gözlənilir.
Dekabrın 23-də başlayacaq Azərbaycan-İraq danışıqlarında enerji, humanitar sahədə əməkdaşlıq, İraqın bərpa olunmasında Azərbaycanın iştirakı əsas müzakirə mövzusu olacaq.