ABŞ qoşunlarının çıxarılmasından sonra İraqda yerli hakimiyyətə bir sıra proqramları həyata keçirməyə kömək etmək üçün 700 amerikalı qalıb. Bu barədə İraqın baş naziri Nuri əl-Maliki bəyan edib.
Maliki bildirib ki, «bu ABŞ vətəndaşı olan təlimatçılar İraq qanunları əsasında işləyəcəklər».
«İraqda amerikalı hərbçi qalmayıb», deyən baş nazir təlimatçıların mülki şəxslər olduğunu qeyd edib.