Bu gün İraqın paytaxtı Bağdad şəhərinin müxtəlif yerlərində 11 partlayış törədilib.
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, İraq səhiyyə naziri Ziad Tariq terror aksiyaları nəticəsində 31 nəfərin öldüyünü açıqlayıb. 140-dan çox yaralı var.