APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu Ermənistanın İrandakı səfiri Qriqor Arakelyan deyib. O bildirib ki, səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə həyata keçirilir.
Diplomat xatırladıb ki, səfər əslində bir neçə ay əvvəl gerçəkləşməli idi. Lakin imzalanacaq sənədlər hazır olmadığından təxirə salınmışdı. Q. Arakelyan səfərin ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edəcəyini söyləyib.