İraqın xarici işlər naziri Huşyar Zibari sabah Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə APA-ya İraqın Azərbaycandakı səfirliyindən məlumat verilib.
İki günlük səfər çərçivəsində qonaq Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaq. Danışıqlarda iki ölkə arasında münasibətlər, regionda baş verən proseslər və digər məsələlər müzakirə olunacaq.