Yəməndə sünnilərlə şiələr arasında baş verən silahlı toqquşmalarda 4 Rusiya vətəndaşı həlak olub
APA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi ölən şəxslərin adlarını açıqlamır. Həlak olan Rusiya vətəndaşları Damaq şəhərində yerləşən “Dar əl-Hədis” mədrəsəsinin tələbələridir. Hazırda bu dini mərkəzdə 36 Rusiya vətəndaşı təhsil alır. Tələbələrin Yəmənə qeyri-leqal yolla gəldiyi bildirilir.
Qeyd edək ki, ötən aydan etibarən Daqan şəhəri hökumət qüvvələrinin tərəfində döyüşən sünnilərlə Al-Xusi şiə qəbilə birləşməsinin döyüşçüləri arasında qarşıdurmanın mərkəzinə çevrilib. Qarşıdurma nəticəsində 60 nəfər, o cümlədən 4 Rusiya vətəndaşı ölüb.
Rusiya Xarici İşlər Nazirliyi toqquşma bölgəsində olan Rusiya vətəndaşlarına kömək etmək üçün humanitar təşkilatlarla danışıqlara başlayıb.