Fars Körfəzi ölkələrinin Əməkdaşlıq Şurası İrana bu quruma üzv ölkələrin daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq edib.
APA-nın məlumatına görə, dekabrın 20-də Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərində toplanan 6 ərəb ölkəsi bəyanat yayaraq Tehrandan bu siyasətinə son qoymasını tələb ediblər. Eyni zamanda onlar İranı məzhəblər arasında nifaq salmamağa da çağırıblar.
Qeyd edək ki, Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasına Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirliyi və Oman daxildir.