POPULYARXƏBƏRLƏR

Rəsmi Bakı uydurma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin Fransa parlamentində müzakirəyə çıxarılmasına münasibət bildirib

“Belə hadisələr dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcək”

Rəsmi Bakı uydurma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin Fransa parlamentində müzakirəyə çıxarılmasına münasibət bildirib
“Biz Fransa parlamentinin “erməni soyqırımı” ilə bağlı müvafiq qanun layihəsini müzakirə etməsinə iki rakursdan baxırıq”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, bir tərəfdən, sözün həqiqi mənasında ermənilərin bütün dünyada təkidlə dünya ölkələrinə, xalqlarına qəbul etdirməyə çalışdıqları bu iddia qondarmadır, saxtadır və tarixi reallıqla heç bir əsası yoxdur: “Ona görə də hansı ölkənin parlamentinin müzakirəsinə çıxarılmasından və hansı səviyyədə müzakirə edilməsindən asılı olmayaraq, biz “erməni soyqırımı”nı saxta hesab edirik. Tarixdə belə hadisə olmayıb. Bu, sadəcə ermənilərin uydurduğu, bəzi maraqlı dairələrin də dəstəklədiyi antitürk siyasətidir. Digər məsələ isə bu tip hadisələrin siyasiləşdirilməsidir. Hazırda bu məsələnin Fransa parlamentinin gündəminə salınması tarixdə baş vermiş və yaxud tarixdə baş verməmiş - tarixlə bağlı hadisənin siyasiləşdirilməsi, siyasi gündəmə gətirilməsidir. Hesab edirik ki, bu məsələlərlə bağlı tarixçilər araşdırmalar aparmalı, məsələni tarixçilər müzakirə etməlidir. Bu məsələlər insanların yaddaşına tarixi təzələmək anlamında gündəmə gətirilməlidir. Ona görə də biz hər iki rakursdan yanaşanda, bu məsələyə mənfi münasibət bəsləyirik”.

Ə. Həsənov deyib ki, Fransada belə bir qanunun qəbul olunması Fransa-Türkiyə münasibətlərinə təsir edə bilər: “Eyni zamanda, məlumdur ki, biz Ermənistanla neçə ildir müharibə şəraitində yaşayırıq. Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Xocalı kimi dəhşətli cinayətlər bu gün Ermənistanı idarə edənlərin məsuliyyətinə daxildir. Onlar bu hadisələrin bilavasitə iştirakçılarıdır. Ona görə də onlar tərəfindən qaldırılan və dünyanın istənilən yerində dəstəklənən bu tipli ixtiyari məsələlər Azərbaycan dövləti tərəfindən birmənalı şəkildə pislənilir. Belə hadisələrin dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcəyi haqqında biz əvvəlcədən bəyanatlar veririk”.



Yerləşdirilib:21 Dekabr, 2011  10:30, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com