Fransa hökuməti qondarma erməni soyqırımının tanınmasının inkarına qadağa qoyan qanun layihəsinin məclisdə gündəmə alınmasına etiraz etməyib.

"Anadolu" agentliyinin verdiyi xəbərə görə, hökumətin qanunun gündəmə alınmasına etiraz etməməsi ilə qanun layihəsinin cümə axşamı günü səsverməyə qoyulması dəqiqləşib.
Bildirək ki, Fransa parlamentinin Qanunlar komissiyası iqtidardakı Xalq Hərəkatı Birliyinin (UMP) Marseldən olan deputatı Valeri Boyer tərəfindən hazırlanan qanun layihəsini 7 dekabrda qəbul edib