Türkiyə Prezidenti Abdulla Gül Fransadakı soyqırım iddiaları ilə bağlı qanunun qəbul edilməz olduğunu söyləyib: "Tarixi siyasi məqsədlərlə təhrif etmək düzgün deyil".
SalamNews-un "Sabah"a istinadla verdiyi xəbərə görə, o deyib: ''Fransa Milli Məclisinin gündəmində olan, ölkəmizə və millətimizə qarşı haqsız və əsassız ittihamları rədd etmə azadlığını aradan qaldırmağa yönəlik qanunu qəbul etməyimiz mümkün deyil. Bu təşəbbüsdən ən qısa müddətdə imtina olunmasını xahiş edirəm. Fransadan ağıllı və sağlam fikirin hakim olmasını və tarixin araşdırılmasının tarixçilərə tapşırılmasını gözləyirik".