Suriyanın şimal-qərb hissəsində yerləşən İdlib əyalətində ordudan qaçmağa çalışan və anti-hökumət çıxışlarına qatılmaq istiyən 70-ə yaxın əsgər qətlə yetirilib.
SalamNews BBC-ə istinadən xəbər verir ki, bu barədə Londondan olan, “İnsan hüquqları üzrə Suriya monitorinq mərkəzi” xəbər verib. Hazırda bu məlumat rəsmi təsdiqini tapmayıb.
Mərkəzin yaralı əsgərlərə istinadən verdiyi məlumata görə, əsgərlər öz hərbi hissələrindən qaçmağa çalışarkən qətlə yetiriliblər.
Bu hadisə barədə yerli suriya hüquq müdafiəçiləri də xəbər veriblər.
Ötən bazar ertəsi “İnsan hüquqları üzrə Suriya monitorinq mərkəzi” bildirib ki, Suriyada etiraz aksiyaların 13 iştirakçısı qətlə yetirilib.