ABŞ-ın müdafiə naziri Leon Panetta CBS News telekanalına müsahibəsində İranın "bir ildən sonra yaxud daha tez" atom bombası hazırlaya biləcəyini bəyan edib.
SalamNews-un ''Reuters''ə istinadən verdiyi xəbərə görə, Pentaqon rəhbəri İsrailin narahatçılığı ilə həmfikir olduğunu və İranın "atom bombası hazırlamasını istəmədiyini" deyib.
Bildirək ki, rəsmi Vaşinqton İranın gizli şəkildə nüvə silahı hazırlamaqla məşğul olduğunu iddia edir. İran höküməti isə nüvə proqramının dinc xarakter daşıdığını söyləyir.