İsrailin təhlükəsizlik qüvvələri bu gün 550 fələstinli məhbusu “Kerem-Şalom2” və “Beytuniya” nəzarət-buraxılış məntəqələrinə (NBM) aparmağa başlayıblar.

Gün.Az-ın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, NBM-ə gətirilmiş məhbuslar buradan Fələstin rəhbərliyinə veriləcək.
Bu amnistiya 2006-cı ilin iyunundan radikal HƏMAS hərəkatının əsirliyində olan israilli hərbi qulluqçu Gilad Şalitin 1027 fələstinli məhbusa dəyişdirilməsi ilə bağlı razılığın ikinci və yekun mərhələsidir.
Gözlənildiyi kimi, məhbusların azad edilməsi prosesi yerli vaxtla saat 22:00-da başa çatacaq. İordan çayının Qərb sahilinə 505, Qəzza zolağına 41 fələstinli qayıdacaq. Daha iki məhbus yaşadıqları yer üzrə Şərqi Qüdsdə azad ediləcək, İordaniya vətəndaşlığı olan 2 fələstinli isə krallığın ərazisinə göndəriləcək.