Fransaya məxsus hərbi nəqliyyat təyyarəsi Türkiyənin hava sərhədini pozub.
APA-nın xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı dekabrın 17-də Fransaya məxsus C-160 tipli hərbi nəqliyyat təyyarəsinin Egey dənizi üzərində Türkiyənin hava məkanına daxil olduğunu açıqlayıb. Təyyarə 3 dəqiqə Türkiyə hava məkanında qalıb.
Fakt Baş Qərargah tərəfindən Xarici İşlər Nazirliyinə bildirilib.