Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) gələn il "İslam Əməkdaşlığı Təşkilatı Modeli" adlı beynəlxalq münasibətlər üzrə Təhsil Proqramının yekun mərhələ iclasını Kazan şəhərində keçirməyi planlaşdırır.
Bunu SalamNews-a İKGF-nin Avrasiya Beynəlxalq Şurasının sədri Elçin Əsgərov bildirib.
Onun sözlərinə görə, bu layihə BMT modeli əsasında hazırlanıb: “Bu layihə ilk olaraq 2010-cu ildə Azərbaycanın ali məktəblərində baş tutdu. Burada beynəlxal münasibətlər sahəsində təhsil alan tələbələr arasında 12 həftə ərizində beynəlxalq münasibətlər üzrə aparıcı mütəxxəsislərin iştirakı ilə mühazirələr keçirildi. Burada beynəlxalq münasibətlərin müasir səviyyəsi, müasir kriteriyalar, metodlar isitafadə olundu. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Azərbaycandakı səfirlikləri, aparıcı mütəxxəsislər bu sahədə mühazirələr oxudular”.
Şura rəhbəri xatırladıb ki, bu layihə əsasında cari ilin iyulunda İstanbulda beynəlxalq yarış keçirildi. Hər ölkədən 5 nəfər İƏT dövlətlərinin Xarici İşlər Nazirliyini və digər qurumlarını təmsil edirlər. Onlar üzv ölkələr üçün aktual məsələlər ətrafında müzakirə aparılıb və həmin məsələlər üzrə müvafiq qətnamələr qəbul ediblər. Bu da tələbələr üçün böyük təcrübədir.