Qəzzada HƏMAS-ın 24 illiyinə həsr edilən tədbirlərdə keçirilən mitinqdə HƏMAS lideri biri İsmail Haniyə onminlərlə insanın qarşısında çıxış edib. MigNews
“Biz illərlə davam edən silahlı dirənişə lazimi dəyəri veririk. Biz Fələstini çaydan dənizə qədər azad edəcəyik. HƏMAS xalq müqavimətinə başçılıq etməyə davam edəcək, sonuncu qəsbkar müqəddəs torpaqlarımızı tərk edənə qədər dirəniş ardınca dirəniş gələcək”, - deyə HƏMAS lideri bəyan edib. Haniyə, həmçinin “Ərəb baharı”na da işarə edərək, müxtəlif islamyönümlü hərəkatların qələbələrini vurğulayıb.
Qeyd edək ki, HƏMAS nümayəndələrinin verdiyi xəbərə görə, bayram tədbirində Qəzza yürüşündə 350 mindən artıq insan iştirak edib.
/Deyerler.Org/