Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğana keçirdiyi əməliyyatdan sonra yalnız Suriya prezidenti Bəşər Əsəd zəng vurmayıb.
SalamNews-un "Milliyyət"ə istinadla verdiyi xəbərə görə, dünya liderləri Baş nazir Ərdoğana əməliyyatdan sonra "Allah şəfa versin" ismarıcı göndərsə də təkcə Bəşər Əsəddən zəng gəlməyib.
Türkiyənin iqtisadi və siyasi sanksiyalar tətbiq etdiyi vaxtdan bəri B.Əsəd və Rəcəb Tayyib Ərdoğan arasındakı bütün əlaqələr kəsilib.
Bildirək ki, bundan əvvəl B.Əsəd iki ölkə arasındakı əlaqələrin gərgin olmasına baxmayaraq, anasını itirən R.T.Ərdoğana zəng vuraraq başsağlığı vermişdi.