POPULYARXƏBƏRLƏR

Tövbə və onun şərtləri

Əziz müsəlmanlar!

Uca Allah insanı həm yaxşılıq, həm də pislik etməyə əlverişli bir qabiliyyətdə yaratmışdır. İnsan oğlu bəzən ağlından və iradəsindən istifadə edərək dinimizin əmr etdiyi və bəyəndiyi işləri gördüyü halda, bəzən də nəfsinin və hisslərinin təsirinə düşərək əks hərəkətlər edir. Belə halda görülməli olan iş, işlənən günaha görə peşman olmaq və Uca Rəbbimizə tövbə etməkdir.

Günahlar insanın mənəvi dünyasını qaraldan ləkələrdir. İstiğfar (bağışşlanma diləmək) isə bu ləkələri təmizləyən su kimidir. Əgər istiğfarla vaxtında bu ləkələr təmizlənməsə, get-gedə ləkələr insanın içini bürüyər, insanın ruhu təmizlik və ülviliyə qarşı hissiyyatsız hala düşər. Elə isə, günah kirlərindən təmizlənmək üçün yeganə çarə tövbədir.

Qul haqqından başqa bütün günahlara görə, yəni Allaha qarşı işlənmiş günahlara görə tövbə etmək olar. Tövbə edərkən üç şərtə riayət etmək lazımdır:

1 – Günahdan tamamilə vaz keçmək;
2 – Görülən əmələ görə peşman olmaq;
3 – Bir daha bu günahı işləməmək.

Yox əgər işlənilən günahın içində qul haqqı varsa, həmin insanın haqqını ödəmək, halallaşmaq da lazımdır.

Allaha, peyğəmbərinə, axirət gününə və İslamın əmr etdiyi digər xüsuslara inanan bir insan işlədiyi günahlara görə əsla ümidsizliyə qapılmamalı və ilahi mərhəmətdən ümidini üzməməlidir. Çünki Qurani-Kərimdə belə buyurulur:

"(Ya Peyğəmbər!) De: "Ey özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən O, bağışlayandır, rəhm edəndir" (Zumər, 53).

Ona görə də, güahkar insan günahların böyüklüyünə deyil, Allah-Təalanın mərhəmətinin genişliyinə baxmalıdır.

"…Allah (günahından) tövbə edənləri sevər" (Bəqərə, 222)

"Onlar bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edib) günahlarının bağışlanmağını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar bilə-bilə bir daha etdiklərinə qayıtmazlar" (Ali-İmran, 135)

"Allahdan bağışlanmaq dilə. Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir" (Nisa, 106)

Dinimiz tövbə və istiğfarı Allah ilə bəndə arasında baş tutan bir hadisə olaraq görür. Müsəlman tövbə etdikdə və bağışlanma dilədikdə başqa bir köməkçiyə və ya vasitəçiyə ehtiyac olmadan öz vəzifəsini yerinə yetirə bilər. Elə isə Allahın biz bəndələri üçün açmış olduğu tövbə qapısına tez-tez üz tutmalı, bağışlanma diləməli və həqiqi əmin-amanlığın bunda olduğunu bilməliyik.

Sevimli Peyğəmbərimiz (s.ə.s.) xəbər vermişdir ki, bizim tövbə etməyimizə görə Rəbbimizin sevinci, kimsəsiz çöldə dəvəmizi itirib, sonra yenidən tapdıqda yaşadığımız sevincdən daha artılqdır (Riyazu's-Salihin, c.1, səh.19).

Əziz möminlər!

Etdiyimiz bu qədər günah və üsyana baxmayaraq, bu qədər asanlıq və mücdə verən Allaha qarşı necə tövbə etməyə bilərik? Günahlarımızın təmizlənməyini Ondan necə diləməyə bilərik? Aləmlərin fəxri Həzrəti Peyğəmbərimiz (s.ə.s.) belə "Mən gündə yetmiş dəfə Rəbbimdən bağışlanma diləyirəm" (Riyazu's-Salihin, c.3, səh.387) deyə buyurmuşdur. Bəndə tövbə və istiğfar ilə Rəbbinə tərəf yönəldikdə, Allahın mərhəmət dəryası coşar, o bəndənin günahını yuyar, təmizləyər, bəndənin gözündən axan bir damla peşmanlıq yaşı səbəbilə, ilahi mərhəmət yağışlarını yağdırar, qəlbdəki kiri təmizləyər, yox edər. Deməli, tövbə və istiğfar bəndə üçün birbaşa mərhəmətdir. Tövbə və istiğfar insan ruhunu sıxıntılardan qurtaran bir dərmandır.

Ən əsası, can boğaza çatmamışdan əvvəl Uca Allahın mərhəmət qapılarından lazımi qədər faydalanmalı və tövbəmizi gecikdirməməliyik.


Aqil HACIYEV
[email protected]



Yerləşdirilib:4 Yanvar, 2008  00:16, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com