İsrailli ekstremistlər İordan çayının Qərb sahilində yerləşən Kfar-Burka kəndində məscidə od vurublar.
SalamNews "Reuters"ə istinadən xəbər verir ki, məscidin binasına xeyli zərər dəyib, xalçalar və mebel yandırılıb.
İsrail baş verən hadisə ilə bağlı araşdırma aparır.