Qüdsdə yerləşən "Əl-Aksa" məscidinin imamı şeyx Yusif Cumə Salam İslam dünyasını dünya mədəni və dini irsinin bir hissəsi olan müsəlmanların müqəddəs məkanını İsrail tərəfindən məqsədyönlü şəkildə məhv edilməkdən qorumağa çağırıb.
SalamNews-un İRNA-ya istinadən verdiyi xəbərə görə, bunu şeyx Yusif Cumə Salam deyib.
O bildirib: "Yəhudilər məscidin quruluşuna və qapılarına ciddi zərər vuran qazma işləri aparırlar. İsrail hakimiyyətinin 2 gün öncə etdiyi bəyanatda Əl-Aksanın qapıları olan Bab-ül-Moqaribin xon dərəcədə bərbad vəziyyətdə olduğunu və yaxınlıqdan keçən insanlar üçün təhlükə törətdiyini bildiriblər. İsrail hərbçilərinin mütəmadi olaraq məscidin ərazisinə daxil olması Qüdsü yəhudiləşdirmək siyasəti yürüdən İsrail hökümətinin fəaliyyəti nəticəsində bu müqəddəs məkanın dağılmasını reallığa çevirir".