Xarici işlər naziri Elmar Məmmədyarov İsrail XİN-in Baş katibi Rafael Barakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
XİN-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, israilli rəsmi Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi ilə bağlı nazir E.Məmmədyarovu təbrik edib.
R.Barak iki ölkə arasında qurulmuş diplomatik münasibətlərin 20 il əvvələ qurulduğunu bildirərək, əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.
E.Məmmədyarov Azərbaycan ilə İsrail arasında əlaqələrin böyük potensiala malik olduğunu diqqətə çatdıraraq, siyasi dialoqun davam etdirilməsinin vacibliyini bildirib.
Görüşdə Yaxın Şərq və Cənubi Qafqaz regionlarında cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılıb.