Tunisin yeni prezidenti Monsef Marzuki seçilib. Marzukinin namizədliyini 217 deputatdan 153-ü dəstəkləyib. Seçkilər alternativsiz keçib və əsas fraksiyalar Marzukinin namizədliyinə əvvəlcədən razılaşdırıblar.
Məlumata görə, yaxın zamanda yeni prezident ölkənin baş naziri postuna Hamadi Cabeylini - “Naxda” islam partiyasının liderini gətirəcək. Bu partiya parlament seçkilərində səslərin çoxunu qazanıb.
Qeyd edək ki, M.Markuzi eks-prezident Zinəlabdin Ben Əlinin zamanında müxalifət hərəkatının fəal liderlərindən olub. Lent.az