Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək bildirib ki, Ermənistan prezidenti Sarkisyan 19 il öncə həyata keçirilən Xocalı soyqırımında şəxsən iştirak edib. (ahaber)
Cəmil Çiçək çıxışı zamanı Sarkisyan haqda bunları qeyd edib: “Yaxın tarixin ən böyük qətliamlarından biri dünyanın gözləri qarşısında 1992-ci ildə Xocalıda baş verib. Həmin qətliamda bu gün Ermənistan prezidenti vəzifəsini yerinə yetirən Sarkisyan da iştirak edib”.
O həmçinin bildirib ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi üçün hər cür köməkliyi edəcəyini bildirib: “Dağlıq Qarabağda Azərbaycanın haqlarının qorunması bizim xarici siyasətimizin əsaslarındandır. Dağlıq Qarabağ problemi Qafqazdakı sülh və sabitliyi təhdid edən ən önəmli problemdir. Bununla bağlı bütün dövlətləri və beynəlxalq təşkilatları ermənilərin haqsız işğalını sona çatdırması yönündə addımlar atmasına dəvət edirik. Ermənistan-Türkiyə əlaqələrinin normal vəziyyətə qayıtması üçün olmazsa-olmaz şərti Azərbaycan torpaqlarındakı işğalın tamamilə sona çatdırılmasıdır”.